Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İstanbulda planlaşdırılan terror aktının qarşısı alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > İstanbulda planlaşdırılan terror aktının qarşısı alınıb

İstanbulda planlaşdırılan terror aktının qarşısı alınıb


İstanbulun mərkəzi Esənlər avtovağzalında planlaşdırılan terror aktının qarşısı alınıb.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, avtovağzalda bir avtomobilin altına yerləşdirilən beş kilo partlayıcı maddə aşkarlanıb. Bununla bağlı iki PKK terrorçusu ələ keçirilib. Faktla bağlı araşdırma başladılıb.

Qeyd edək ki, qardaş ölkədə COVID-19 pandemiyası ilə əlaqədar aprelin 29-dan mayın 17-dək tətbiq olunacaq tam qapanma ilə bağlı ölkədaxili nəqliyyat vasitələri, o cümlədən avtovağzallarda böyük sıxlıq yaşanır. Terrorçuların bunu fürsətə çevirərək terror aktı planlaşdırdıqları bildirilir.

Geri dön