Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qırğızıstan-Tacikistan sərhədində qarşıdurma: Hər iki tərəfdən 6 adam ölüb, 84 nəfər yaralanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Qırğızıstan-Tacikistan sərhədində qarşıdurma: Hər iki tərəfdən 6 adam ölüb, 84 nəfər yaralanıb

Qırğızıstan-Tacikistan sərhədində qarşıdurma: Hər iki tərəfdən 6 adam ölüb, 84 nəfər yaralanıb


Qırğızıstan-Tacikistan sərhədində vəziyyət gərgin olaraq qalır.

Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son məlumata görə, Qırğızıstan tərəfdən ölənlərin sayı 3 nəfərə çatıb, onların biri 13 yaşlı qızdır.

Qırğız tərəfinin məlumatına görə, Tacikistan tərəfdən də 3 nəfər həlak olub. Hər iki tərəfdən yaralananların sayı 84 nəfərə çatıb.

Münaqişə zonasında olan Kok-Taş kəndinin 600 nəfər əhalisi təhlükəsiz yerlərə köçürülüb.

Xatırladaq ki, qarşıdurma Qırğızıstanın Batken rayonunun Kok-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün dirəklərə videokameralar quraşdırmasından sonra başlanıb.

Geri dön