Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Astaralı idmançı Avropa çempionu adını qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İdman > Astaralı idmançı Avropa çempionu adını qazanıb

Astaralı idmançı Avropa çempionu adını qazanıb


Ukraynanın Xarkov şəhərində kikboksinq üzrə peşəkarlar arasında keçirilən Avropa çempionatında Azərbaycan yığma komandasının tərkibində çıxış edən astaralı idmançı Məmmədov İmaməli Eldar oğlu uğulu nəticə qazanıb.

Səkkiz ölkənin iştirakı ilə keçirilən Avropa çempionatında həmyerlimiz İmaməli Məmmədov 60 killoqram çəki dərəcəsində “K-1” versiyası üzrə fəxri kürsünün ən yüksək pilləsinə ucalaraq qızıl medala layiq görülüb.

Astaralı idmançı, həmçinin ən yüksək texniki və taktiki hazırlığa görə də çempionatın diplomuna layiq görülüb.

İmaməli Məmmədovu yarışa kikboksinq üzrə məşqçi, IV dan Qara kəmər ustası Əbülfəz Məmmədovun hazırlayıb.

Mayın 3-də Astara Rayon Gənclər və İdman İdarəsində Avropa çempionu İmaməli Məmmədovla görüş keçirilib.

İdarənin rəisi Ərçə Əliyev İ.Məmmədovu və onun məşqçilərini qazanılan uğur münasibətilə təbrik edərək, gənc idmançıya yeni-yeni qələbə sevincləri arzulayıb.

Geri dön