Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran telekanalının səyyar canlı yayım mərkəzi partladılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri > İran telekanalının səyyar canlı yayım mərkəzi partladılıb

İran telekanalının səyyar canlı yayım mərkəzi partladılıb


Suriyanın paytaxtı Dəməşq şəhərində İranın ərəb dilində yayımlanan "əl-Aləm" telekanalının ofisinə hücum olub.
İRİB-in verdiyi məlumata görə, hücum zamanı telekanalın səyyar canlı yayım mərkəzi (SNG) partladılıb. Hadisə zamanı insan itkisi olmasa da, "əl-Aləm"in Dəməşq ofisinin avtomobili də ciddi zərər görüb.

Bundan əlavə, telekanalın girişində yerləşdirilmiş bomba partlamadan zərərsizləşdirilib.

Qeyd edək ki, telekanalın nəzarət kameraları naməlum şəxsin səyyar canlı yayım mərkəzinə yaxınlaşmasını və qəfildən sürətlə həmin yerdən uzaqlaşmasını qeydə alıb. Bundan bir neçə saniyə sonra isə güclü partlayış baş verib.

Geri dön