Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > YUNESKO-nun Hökumətlərarası Komitəsinin iclası keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > YUNESKO-nun Hökumətlərarası Komitəsinin iclası keçirilir

YUNESKO-nun Hökumətlərarası Komitəsinin iclası keçirilir


Mədəniyyət və Turzm Nazirliyinin rəsmi saytı xəbər verir ki, 3-7 dekabr tarixində YUNESKO-nun Parisdəki qərargahında təşkilatın Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin növbəti iclası keçirilir.

İclasda Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibinə Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə və YUNESKO-nun adıçəkilən komitəsinin eksperti Sənubər Bağırova daxildir.

Sessiyada üzv ölkələrin YUNESKO-ya təqdim etdiyi qeyri maddi mədəni irs nümunələri, komitənin gələcək fəaliyyət mexanizmləri, büdcə məsələləri, növbəti Sessiyanın keçirilmə yeri və tarixi, Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyanın 10 illik yubiley tədbirləri və s. məsələlər müzakirə ediləcək.

Geri dön