Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İndoneziyanın qərbində 5,8 bal gücündə zəlzələ olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > İndoneziyanın qərbində 5,8 bal gücündə zəlzələ olub

İndoneziyanın qərbində 5,8 bal gücündə zəlzələ olub


Mayın 5-də yerli vaxtla saat 8:24 dəqiqədə İndoneziyanın Qərbi Sumatra əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi məlumat yayıb.

Yeraltı təkanların Mentavay adalarındakı Tuapect kəndindən 3 kilometr cənub-qərbdə, ocağının 29 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir, Sunami xəbərdarlığı elan edilməyib.

Geri dön