Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır

Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır


Onun sözlərinə görə, Ərdəbil Əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş direktoru əyalət ərazilərində “Quraqlığı İdarəetmə Qərargahı”nın yaradıldığını elan edib.

"Meteoroloji təşkilatın bu il hökm sürəcək quraqlıqla bağlı proqnozlarına görə, Ərdəbil Əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsində Quraqlıqı İdarəetmə Qərargahı yaradıldı”-deyə, Səid Şəhənd mətbuata açıqlamasında bildirib.

O, qərargahın quraqlıqla əlaqədar Ərdəbil əyalətində görəcəyi işlərdən danışıb. Bildirib ki, vəhşi heyvanlar üçün yem tədarükü görüləcək. Bununla yanaşı vəhşi təbiətdə süni su anbarlarının inşası və yenidən qurulması nəzərdə tutulur.

Səid Şəhənd bildirib ki, qərargah habelə meşə sahələrindəki vəhşi heyvanların xəstəlikləri öyrənəcək, zərərvericilərin qarşısının alınması üçün tədbirlər planı hazırlayacaq.

Bundan başqa mümkün yanğınlara nəzarət və mübarizə üçün sürətli bir reaksiya qrupunun yaradılması qərargahın qarşısında duran əsas vəzifələrdəndir.

Qeyd edək ki, 18 min kvadrat kilometr ərazisi olan Ərdəbil əyalətində yağıntının miqdarı azalıb. Bu ilin əvvəlindən yaz yağışlarının ötən ilin eyni dövrü ilə müqayisədə 70-80 faiz azaldığı müşahidə edilib.

Ərdəbil əyalətində ümumi sahəsi 245.000 hektardan çox olan “Ağ Dağ”, “Muğhan”, “Neur”, “Şorabil”, “Gəndiman”, “Dərbənd”, “Məşkul”, “Anzan” və Xoruzlu da daxil olmaqla üç qoruq və beş ov edilməsi qadağan olan ərazi var mövcuddur.

Geri dön