Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran prezidenti Mahmud Əhmədinejad hökumətin tərkibində dəyişiklik edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > İran prezidenti Mahmud Əhmədinejad hökumətin tərkibində dəyişiklik edib

İran prezidenti Mahmud Əhmədinejad hökumətin tərkibində dəyişiklik edib


"Mehr" xəbər agentliyinin məlumatına görə, M. Əhmədinejad ölkə Konstitusiyasının 135-ci maddəsini rəhbər tutaraq, İranın informasiya texnologiyaları və telekommunikasiya naziri Rza Tağıpuru vəzifəsindən azad edib.

İran prezidentinin digər sərəncamı ilə bu vəzifəyə Əli Nikzad təyin edilib.

Bundan əlavə, M. Əhmədinejad başqa bir sərəncamla qudası, Prezident Ofisinin rəhbəri İsfəndiyar Rəhim Məşayini vəzifəsindən azad edib. İran prezidentinin digər sərəncamı ilə Məşayi Qoşulmama Hərəkatında İran prezidentinin müşaviri vəzifəsinə təyin edilib.

M. Əhmədinejadın daha bir sərəncamı ilə İranın vitse-prezidenti, Mədəni İrs, Turizm və İncəsənət Təşkilatının rəhbəri Həsən Musəvi Prezident Ofisinin rəhbəri təyin olunub. İran prezidentinin başqa bir sərəncamı ilə isə Məhəmməd Şərif Məlikzadə Mədəni İrs, Turizm və İncəsənət Təşkilatının rəhbəri təyin edilib.

Geri dön