Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xalq artisti Arif Quliyev vəfat edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Xalq artisti Arif Quliyev vəfat edib

Xalq artisti Arif Quliyev vəfat edib


Xalq artisti Arif Quliyev dünyasını dəyişib.

Bu barədə onun yaxınları sosial şəbəkələrdə bildiriblər.

Xatırladaq ki, Xalq artisti bir müddət idi ki, koronavirus səbəbindən xəstəxanada müalicə alırdı. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağciyərlərinin doxsan faizi buzlaşmışdı.

Qeyd edək ki, Arif Quliyev 1950-ci ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan) anadan olub.

Onun “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdı. Bundan başqa, aktyor “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” kimi bədii filmlərdə canlandırdığı obrazlarla yadda qalmışdı.

Arif Quliyev 1993-cü ildə Xalq artisti fəxri adına layiq görülmüşdü.

Geri dön