Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məntiq olimpiadasının ilk turunun nəticələri açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gənclik, Bildiriş > Məntiq olimpiadasının ilk turunun nəticələri açıqlanıb

Məntiq olimpiadasının ilk turunun nəticələri açıqlanıb


Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının ilk turunun nəticələri bəlli olub.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, olimpiadanın ilk turunda idarənin tabeliyindəki ümumi təhsil məktəblərinin 7 minə yaxın beşinci sinif şagirdi iştirak edib.

Nəticələrə əsasən, 1489 məktəbli 17,75 baldan yuxarı nəticə göstərərək, olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.

Bilik yarışının ilk turunda şagirdlər 2 saat (120 dəq) vaxt ərzində məntiqi təfəkkürə dair 30 test sualını cavablandırıblar.

Qeyd edək ki, olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

Geri dön