Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Prezident İlham Əliyev: Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Prezident İlham Əliyev: Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir

Prezident İlham Əliyev: Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir


Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir. Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyası və bu məsələni beynəlmiləlləşdirmək cəhdləri bölgədə gərginliyin artmasına gətirib çıxara bilər.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə telefon danışığı zamanı söyləyib. Bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirən dövlətimizin başçısı qeyd edib ki, münaqişənin bitməsindən altı ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabit olaraq qalır.

Prezident İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin üçtərəfli bəyanata uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib.

Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasının və bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edən dövlətimizin başçısı bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Geri dön