Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Naxçıvan Muxtar Respublikasında 20 ədəd subartezian quyusu qazılacaq – SƏRƏNCAM
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Naxçıvan Muxtar Respublikasında 20 ədəd subartezian quyusu qazılacaq – SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikasında 20 ədəd subartezian quyusu qazılacaq – SƏRƏNCAM


Prezident İlham Əliyev mayın 19-da “Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.38.3-cü yarımbəndində göstərilmiş 1 milyon manat Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

Geri dön