Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yevlaxda Vətən müharibəsi şəhidi Bəxtiyar Bəkirovun xatirəsi anılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Yevlaxda Vətən müharibəsi şəhidi Bəxtiyar Bəkirovun xatirəsi anılıb

Yevlaxda Vətən müharibəsi şəhidi Bəxtiyar Bəkirovun xatirəsi anılıb


Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan Yevlax sakini Bəxtiyar Bəkirovun anım mərasimi keçirilib.

Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, şəhidin ailə üzvləri və yaxınları əvvəlcə Xaldan kənd qəbiristanlığında Bəxtiyar Bəkirovun məzarını ziyarət ediblər. Sonra iştirakçılar şəhidin evinə gələrək onunla bağlı xatirələrini bölüşüb, keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi şücaətdən danışıblar.

Bildirilib ki, Bəkirov Bəxtiyar Yavər oğlu 1981-ci ilin mayın 18-də Yevlax rayonunun Xaldan kəndində anadan olub. Hərbi xidmətə başladığı ilk gündən bacarığı və şücaəti ilə komandirlərin diqqətini cəlb edən Bəxtiyar cəbhənin müxtəlif istiqamətlərində erməni işğalçılarına qarşı ölüm-dirim savaşlarında iştirak edib. Vətən müharibəsi zamanı düşmənin bir neçə hərbi qulluqçusu və zirehli texnikasını məhv edib. Bəxtiyar Bəkirov oktyabrın 10-da Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şəhidin ailə üzvləri ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib, Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Geri dön