Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çində marafon zamanı hava şəraitinin kəskin dəyişməsi 21 nəfərin ölümünə səbəb olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Çində marafon zamanı hava şəraitinin kəskin dəyişməsi 21 nəfərin ölümünə səbəb olub

Çində marafon zamanı hava şəraitinin kəskin dəyişməsi 21 nəfərin ölümünə səbəb olub


Çinin Qansu vilayətində dağlıq ərazidə keçirilən 100 kilometrlik qaçış marafonu zamanı havanın kəskin dəyişməsi 21 nəfərin ölümünə səbəb olub.

Vilayətin hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, 172 nəfərin iştirak etdiyi “Cintay dağ marafonu” mayın 22-də səhər çağı Bayin şəhərinin Cintay rayonunda başlayıb. Günorta saatlarında hava şəraiti qəflətən dəyişib, güclü külək dolu və aramsız yağış gətirib, havanın hərarəti xeyli aşağı düşüb. Bu cür hava dəyişikliyi yarış iştirakçıları üçün fiziki diskomfort yaradıb, onların çoxunun bədən hərarəti anidən aşağı düşüb və bu da ölümlərə səbəb olub.

Əraziyə cəlb olunan 1200-dən çox xilasedici itkin düşən marafon iştirakçılarının bir neçəsinin meyitini tapıblar. Sonuncu meyit mayın 23-də səhər saatlarında tapılıb. Əlverişsiz hava şəraiti axtarış işlərinin ləng getməsinə səbəb olub. Yüngül xəsarət alan 8 nəfər hazırda xəstəxanalarda həkim nəzarətindədir.

Geri dön