Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Lill” tarixində dördüncü dəfə Fransa çempionu olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > “Lill” tarixində dördüncü dəfə Fransa çempionu olub

“Lill” tarixində dördüncü dəfə Fransa çempionu olub


Mayın 23-də futbol üzrə Fransa çempionatının 2020-2021-ci il mövsümünün qalibi müəyyənləşib.

Bu, 38 turdan sonra 83 xal toplayan “Lill” klubu olub. Onlar bir xalla “Paris Sen-Jermen” komandasını qabaqlayıb.

Son turda “Lill” səfərdə “Angers” klubunu 2:1 hesabı ilə məğlub etdikdən sonra tarixində dördüncü dəfə Fransa çempionu olub.

“Paris Sen-Jermen” komandası son turda “Brest” klubundan 2:0 hesabı ilə üstün olsa da, bu paytaxt təmsilçilərə çempion olmağa kifayət etməyib.

Geri dön