Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərqi Azərbaycan və Qəzvin müəllimləri etiraz aksiyası keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycan və Qəzvin müəllimləri etiraz aksiyası keçirib

Şərqi Azərbaycan və Qəzvin müəllimləri etiraz aksiyası keçirib


Yerli mətbuatın verdiyi bilgiyə görə, əmək haqqının azlığından şikayətlənən müəllimlər müqavilə ilə, rəsmi şəkildə işə götürülmələrinin tələb edib.

Müəllimlər üzərində “özəl sektor müəllimləri işə qəbul edilsin”, “mən də müəlliməm və rəsmi işə alınmaq mənim də haqqımdır” və digər şüarlar yazılmış plakatlar qaldırıb.

Özəl məktəblərdə dərs deyən müəllimlərin əksəriyyəti daha təcrübəli və peşəkar olmalarına baxmayaraq, yalnız valideynlərin aylıq ödənişlərindən maaş alır. Onların əmək haqqı dövlət məktəblərindən azdır.

Bu məktəblərdə dərs deyən müəllimlərin bir çoxu sığorta və başqa xidmətlərdən məhrumdurlar. Onların bir qismi isə dövlət məktəblərindən təqaüdə çıxmış müəllimlərdir.

Mayın 22-i bazar günü Qəzvin əyalətinin bir qrup təhsil işçisi də şəhərin Təhsil Baş İdarəsinin binası qarşısına toplaşaraq aksiya keçirib.

Onlar da məvaciblərinin azlığından şikayələnib. Müəllimlər qeyd edib ki, bahalaşma artıb, inflyasiya yüksəkdir, ancaq onların maaşı az, dolanışığı isə çətindir.

Geri dön