Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Masallıda “Kövrələn buludlar” adlı virtual tamaşa nümayiş etdirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Afişa > Masallıda “Kövrələn buludlar” adlı virtual tamaşa nümayiş etdirilib

Masallıda “Kövrələn buludlar” adlı virtual tamaşa nümayiş etdirilib


Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Teatrının təşkilatçılığı ilə Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Elmir Akifzadənin xatirəsinə həsr olunmuş “Kövrələn buludlar” adlı virtual tamaşa nümayiş etdirilib.

Yazıçı-publisist Nurəddin Ədiloğlunun şəhid Elmir Akifzadə ilə bağlı dövrü mətbuatda dərc edilmiş yazıların motivləri əsasında hazırlanmış "Kövrələn buludlar" adlı tamaşa-kompozisiyada mədəniyyət işçiləri və kollec tələbələri rol alıblar.

Virtual tamaşa baba və nəvələrin dialoqu ilə başlayıb. Sevimli nəvəsini döyüşlərdə itirmiş babanın nalə və iztirabları kövrək duyğularla izləyicilərə təqdim edilib.

Tamaşada, həmçinin şəhidlik zirvəsi və Vətən sevgisini ifadə edən şeir kompozisiyaları səsləndirilib. İstedadlı müğənni Miriş Hüseynov isə şəhid Elmir Akifzadəyə həsr etdiyi musiqi parçasını həzin notlarla ifa edib.

Rejissor Cəmaləddin Əliyevin quruluş verdiyi tamaşa-kompozisiya sosial şəbəkələr vasitəsilə canlı nümayiş etdirilib.

Geri dön