Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan ilə Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində görülən işlər müzakirə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Azərbaycan ilə Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində görülən işlər müzakirə olunub

Azərbaycan ilə Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində görülən işlər müzakirə olunub


Təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Qazi Universitetinin rektoru Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil Nazirliyindən bildirilib ki, görüş zamanı təhsil naziri Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində görülən işlər barədə qonaqlara məlumat verib.

Nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Qazi Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında ikili diplom proqramı haqqında müqavilənin və Mingəçevir Dövlət Universiteti ilə əməkdaşlıq protokolunun imzalanması yüksək qiymətləndirilib.

Geri dön