Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bərdənin Güloğlular kəndindəki bazarda baş verən yanğın söndürülüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Bərdənin Güloğlular kəndindəki bazarda baş verən yanğın söndürülüb

Bərdənin Güloğlular kəndindəki bazarda baş verən yanğın söndürülüb


Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Yanğının mürəkkəbliyi nəzərə alınaraq əraziyə Bərdə ilə yanaşı, ətraf rayonların da yanğından mühafizə hissələrinin müvafiq qüvvələri cəlb olunub. Həyata keçirilən yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər sayəsində genişmiqyaslı yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülüb.

Geri dön