Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə ilə Gürcüstan arasında gömrük-keçid məntəqəsinin açılması nəzərdə tutulur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Türkiyə ilə Gürcüstan arasında gömrük-keçid məntəqəsinin açılması nəzərdə tutulur

Türkiyə ilə Gürcüstan arasında gömrük-keçid məntəqəsinin açılması nəzərdə tutulur


Türkiyənin Ardahan rayonundan Gürcüstana açılan gömrük-keçid məntəqələri ilə iyunun 1-dən etibarən gediş-gəlişin bərpası gözlənilir.

Yeni tip koronavirusla mübarizə tədbirləri çərçivəsində təxminən bir ildir bağlı olan Türkgözü və Çıldır gömrük-keçid məntəqələri də fəaliyyətə başlayacaq.

Ardahan Ticarət və Sənaye Palatasının (ATSO) başçısı Çetin Demirci qərarın Gürcüstan hökuməti tərəfindən verildiyini bildirərək deyib: “Bu, sərhəd qapılarında hərəkətlilik üçün əhəmiyyətli addım oldu. Ardahanın Posof qəsəbəsindəki Türkgözü və Çıldır qəsəbəsindəki Çıldır gömrük-keçid məntəqələri iyunun 1-dən etibarən vətəndaşların xidmətinə açılacaq”.

Çetin Demirci bildirib ki, qarşılıqlı gediş-gəliş mənfi PCR testi ilə COVID-19 əleyhinə peyvənd arayışının təqdim olunması əsasında gerçəkləşəcək. Bundan başqa, hər iki sərhədi keçən vətəndaşlar olduqları ölkədə səfərin üçüncü günü yenə də koronavirus testi verməlidirlər.

Geri dön