Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Toyların açıq havada, müəyyən say məhdudiyyəti ilə keçirilməsinə icazə vermək olar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Toyların açıq havada, müəyyən say məhdudiyyəti ilə keçirilməsinə icazə vermək olar

Fərəc Quliyev:Toyların açıq havada, müəyyən say məhdudiyyəti ilə keçirilməsinə icazə vermək olar


Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərərgahın növbəti brifinqində bir sıra önəmli qərarlar alınıb.

Yoluxma dinamikasının aşağı düşməsi nəzərə alınaraq,bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına qərar verilib. Qərarlar arasında ictimaiyyətin böyük kəsiminin gözlədiyi toylarla bağlı konkret addımlar atılmaması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Bəs, hansı şəraitdə toyların keçirilməsinə icazə verilə bilər?

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan MDHP-nin sədri Fərəc Quliyev də toyların açıq havada keçirilməsinə icazə verilməli olduğunu bildirib: "Düşünürəm ki, bununla bağlı ən düzgün qərarları Nazirlər Kabineti verə bilər. Amma mənim fikrimcə toyların açıq havada, müəyyən say məhdudiyyəti ilə keçirilməsinə icazə vermək olar. Vaksin vurduranların xüsüsi pasportlarla icazəsi isə mümkünsüzdür. Çünki burada uşaq var, yaşlı var. Bu səbəbdən ciddi nəzarət ola bilməz”.

Aydın Nuri/azxeber.com

Geri dön