Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Siyamək Mirzayi Evin həbsxanasına qayıdıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Siyamək Mirzayi Evin həbsxanasına qayıdıb

Siyamək Mirzayi Evin həbsxanasına qayıdıb


S.Mirzayi may ayının 19-da 300 milyon tümən girov qarşılığında bacısının vəfat etməsi ilə əlaqədar 3 gün sonra qısa müddətli məzuniyyətə buraxılmışdı.

Qeyd edək ki, Siyamək Mirzayi son dəfə dekabr ayının 28-i, 2020-ci ildə Ərdəbil şəhərində yaşadığı binanın girişində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq həbs cəzasının qalan 1 il 10 gün hissəsini çəkmək üçün Tehrana göndərilib.

Siyamək Mirzayi 2016-ci ilin iyul ayının 13-də Muğanın Parsabad şəhərində məhkəmə hökmü təqdim edilmədən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, sonra Tehranın Evin həbsxanasına aparılmışdı.

O, Evin həbsxanasının təkadamlıq kamerasında aylarla saxlandıqdan və işgəncələrə məruz qaldıqdan sonra Baharıstan İnqilab Məhkəməsi tərəfindən “milli təhlükəsizlik əleyhinə fəaliyyət göstərən qruplara üzv olmaq” ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilmişdi.

Daha sonra apellyasiya məhkəməsində hökm 3 il həbs və 1 il Qain şəhərinə sürgünlə əvəz olunub.

Geri dön