Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gündən Bakı Metropoliteninin fəaliyyəti bərpa olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bu gündən Bakı Metropoliteninin fəaliyyəti bərpa olunur

Bu gündən Bakı Metropoliteninin fəaliyyəti bərpa olunur


Bu gündən Bakı Metropoliteninin fəaliyyəti bərpa olunur.

Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Qərarına əsasən, metroda sərnişin daşınması mayın 31-də saat 06:00-dan başlayaraq həyata keçiriləcək.

Metrodan istifadə edənlərin diqqətinə bir daha çatdırırıq ki, “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, metro stansiyalarında və qatarlarda tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir. Tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar.

Stansiyaların girişlərində sərnişinlərin tibbi maskadan müvafiq qaydada istifadə etməsi və sərnişinlərin hərarəti yoxlanılacaq. Seçmə qaydada aparılan yoxlama zamanı yüksək hərarəti olan sərnişinlər metropoliten ərazisinə buraxılmayacaq.

Bakı Metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün şərait yaradılacaq.

Geri dön