Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İraq mətbuatında Azərbaycan haqqında məqalə dərc olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > İraq mətbuatında Azərbaycan haqqında məqalə dərc olunub

İraq mətbuatında Azərbaycan haqqında məqalə dərc olunub


Azərbaycan Respublikasının İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədovun “non14.net” saytında məqaləsi dərc olunub.

Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və ölkəmizin müasir dövrü barədə geniş məlumat verilib.

Nəzərə çatdırılıb ki, XX əsrin əvvəlləri Azərbaycan xalqı iradəsini ortaya qoyaraq 1918-ci ildə müstəqillik əldə edib. Şərqdə ilk demokratik respublika olan Azərbaycanda ilk dəfə olaraq qadınlara seçib-seçilmək hüququ verilib. Parlamentdə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri təmsil olunub. Bir sıra Avropa dövlətləri ilə yanaşı həmin dövrdə ABŞ da Azərbaycanın müstəqilliyini de-yure tanıyıb. Lakin Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə milli dövlətimiz işğala məruz qalıb və 23 ay fəaliyyət göstərdikdən sonra süquta uğrayıb. Buna baxmayaraq Azərbaycanın tarixinə şanlı səhifə yazılıb.

Məqalədə qeyd edilib: “XX əsrin sonunda Azərbaycan xalqı yaranan tarixi şəraitdən istifadə edərək ikinci dəfə öz müstəqilliyini bərpa edib. Lakin müstəqilliyin ilk illərində ölkəmizi bürüyən xaos və anarxiyadan istifadə edən Ermənistan elan olunmamış müharibəyə başlayaraq ərazilərimizin 20 faizini işğal etmişdi.

Xalq xilas yolunu yalnız Heydər Əliyevdə gördü. Hələ SSRİ dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyev respublikamızı geridə qalan aqrar ölkədən sənayenin inkişaf etdiyi respublikaya çevirdi. Minlərlə gənc SSRİ-nin ən qabaqcıl ali təhsil ocaqlarına təhsil almağa göndərilirdi. Bakıda və rayonlarda onlarla sənaye müəssisələri, zavod və fabriklər açılırdı. Bütün bunlar xalqın yaddaşında qaldığı üçün Heydər Əliyevin hakimiyyətə qayıdışı təkidlə tələb olundu və 1993-cü ilin iyununda xalqın görkəmli oğlu xalqın tələbinə səs verdi. Hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev ilk növbədə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinin qarşısını aldı. Atəşkəs rejimi tətbiq edildi və ölkədə ictimai-siyasi sabitliyin əsası qoyuldu. Azərbaycan inkişaf yoluna qədəm qoydu. 1994-cü ilin sentyabrında xarici dövlətlərin neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” sayəsində Azərbaycana milyonlarla dollar sərmayə yatırıldı. Bu vəsaitlə infrastruktur layihələri həyata keçirildi və iqtisadiyyat inkişaf etməyə başladı. Heydər Əliyev Azərbaycan xalqının ümummilli liderinə çevrildi. Öz bəsirəti və uzaqgörən siyasəti ilə Azərbaycanı dünya birliyinin tamhüquqlu üzvünə çevirdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunu onun davamçısı İlham Əliyev uğurla həyata keçirdi. Azərbaycan müasir dünyada ən etibarlı tərəfdaşlar sırasına daxil oldu. Təsadüfi deyildir ki, uzun illər boyu davam edən danışıqlar bir nəticə vermədikdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində Qarabağı Ermənistan işğalından azad etdi. Bu gün dünya dövlətləri Azərbaycan Ordusunun müvəffəqiyyətini analız edərək nümunə götürürlər.

Azad edilən rayonlarda geniş quruculuq və bərpa işləri həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya dövlətimizin həmişə sülh arzuladığını, lakin Azərbaycanla düşmənçilik edərək ərazi iddiaları irəli sürənlər üçün heç də yaxşı olmayacağını sübut etdi”.

Geri dön