Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çində qasırğa 1 nəfərin ölümünə, 16 nəfərin yaralanmasına səbəb olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Çində qasırğa 1 nəfərin ölümünə, 16 nəfərin yaralanmasına səbəb olub

Çində qasırğa 1 nəfərin ölümünə, 16 nəfərin yaralanmasına səbəb olub


Çinin Heyloncian vilayətində iyunun 1-də axşam saatlarında baş vermiş qasırğa nəticəsində 1 nəfər ölüb, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Vilayət hökumətinin açıqlamasına istinadla xəbər verir ki, dolu ilə müşayiət olunan qasırğa Şanci şəhərində 146 evin, o cümlədən fermer təsərrüfatının, kiçik istehsal sahələrinin dağılmasına səbəb olub. Ərazidən 250-ə yaxın sakin təxliyə edilib.

Ümumi maddi ziyan 5,12 milyon yuan (təxminən 802 min ABŞ dolları) qiymətləndirilir.

Geri dön