Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan nümayəndə heyəti Minskə səfər edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycan nümayəndə heyəti Minskə səfər edib

Azərbaycan nümayəndə heyəti Minskə səfər edib


Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin rəhbərlik etdikləri nümayəndə heyəti Belarus Respublikasının paytaxtı Minskə səfər edib

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minskdə keçirilən “Belaqro-2021” 31-ci Beynəlxalq İxtisaslaşmış Sərgisinin açılış mərasimində iştirak edib.

İyunun 1-dən 5-dək Minskdə keçirilən aqrosənaye həftəsi çərçivəsində Çin-Belarus Sənaye Parkında təşkil olunmuş “Belaqro” sərgisinə 16 ölkədən, o cümlədən Rusiya, Böyük Britaniya, Fransa, Niderland, İtaliya, Litva, Çin, İordaniya və digər ölkələrdən 400-dən çox şirkət qatılıb. Sərginin açılış mərasimində Belarus Baş nazirinin müavini Aleksandr Subbotin və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri iki pavilyonda və açıq havada nümayiş olunan ekspozisiyada təqdim edilən kənd təsərrüfatı məhsulları və texnikası, o cümlədən pilotsuz kənd təsərrüfatı sistemləri ilə tanış olub, heyvandarlıq və əkinçilik sahəsində innovasiyalara dair stendlərdə sərgilənən yeniliklərlə maraqlanıblar.

Daha sonra kənd təsərrüfatı naziri İnam Kərimov və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Belarusun kənd təsərrüfatı və ərzaq naziri İvan Krupko ilə görüşüblər.

Görüşdə Azərbaycan ilə Belarus arasında aqrar sahədə strateji əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər iki ölkənin baytarlıq nəzarəti sistemlərinin inteqrasiyası, bu sahədə kadr hazırlığı, birgə elmi-tədqiqat işlərinin aparılması, kənd təsərrüfatı və ərzaq məhsullarının qarşılıqlı ixracı və digər məsələləri nəzərdən keçiriblər.

Nazir İvan Krupko Belarus Prezidenti Aleksandr Lukaşenkonun bu ilin aprel ayında Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünü xatırladaraq qeyd edib ki, dövlət başçıları Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra istiqamətlər üzrə məsələləri ətraflı müzakirə ediblər. Gələcəkdə Qarabağda kənd təsərrüfatının inkişafında Belarusun aqrar sahədəki təcrübəsindən, xüsusilə aqroşəhərciklərin yaradılması təcrübəsindən istifadə olunması mümkündür.

Görüşdə iki ölkənin kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə Fəaliyyət Planının hazırlanması, bununla bağlı Azərbaycan və Belarusun müvafiq qurumlarının təmsilçilərindən ibarət işçi qrupunun formalaşdırılması və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Belarusun “Snov” Aqrokombinatında, “Qritskeviçi”, “Novaya jizn” ASC-lərində, Nesvij Uşaq Qidaları zavodunda və digər sənaye müəssisələrində olub.

Geri dön