Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyəli nazir: Mərmərə dənizində selik təbəqəsinin yaranmasının üç əsas səbəbi var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Türkiyəli nazir: Mərmərə dənizində selik təbəqəsinin yaranmasının üç əsas səbəbi var

Türkiyəli nazir: Mərmərə dənizində selik təbəqəsinin yaranmasının üç əsas səbəbi var


Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum ölkənin Mərmərə dənizində hər gün artan selik təbəqəsi ilə bağlı açıqlama verib.

Nazir bununla bağlı aidiyyəti qurumlar, o cümlədən Mərmərə bölgəsinə daxil bütün bələdiyyələrlə birlikdə təcili hərəkət planının hazırlandığını söyləyib. Bu selik təbəqəsinin yaranmasının əsas üç səbəbi olduğunu vurğulayan nazir deyib: “5 İyun - Dünya Ətraf Mühit Günüdür və məhz bu tarixdə dövlət başçımızın iştirakı ilə İstanbulda ölkəmizin yeddi bölgəsindəki çox əhəmiyyətli ekoloji sərmayələri ictimaiyyətlə paylaşacağıq. Bazar günü isə Mərmərə dənizində yaranan selik təbəqəsi ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq. İlkin araşdırmalara əsasən, bunun üç əsas səbəbi var. Bunlar dəniz suyunun temperaturunun artması, dənizdəki çirklənmə və iqlim dəyişikliyinin təsiri ilə dənizlərdə suyun səviyyəsinin azalmasıdır”.

Geri dön