Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qırğızıstanda soydaşımızın rəhbərlik etdiyi “Türkel” Media Qrupu “Müstəqilliyin 30 ili” medalı ilə təltif olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Qırğızıstanda soydaşımızın rəhbərlik etdiyi “Türkel” Media Qrupu “Müstəqilliyin 30 ili” medalı ilə təltif olunub

Qırğızıstanda soydaşımızın rəhbərlik etdiyi “Türkel” Media Qrupu “Müstəqilliyin 30 ili” medalı ilə təltif olunub


Qırğızıstanda fəaliyyət göstərən “Türkel” Media Qrupu “Müstəqilliyin 30 ili” medalı ilə təltif olunub.

Medalı Qırğızıstanın “Piramida” dövlət teleradio şirkətinin baş direktoru Dooronbek Adaxanov “Türkel”in prezidenti, soydaşımız Hökumə Xəlilovaya təqdim edib.

D.Adaxanov çıxışında bildirib ki, “Türkel” uzun illərdir Qırğızıstan media məkanında fəaliyyət göstərir. “Türkel” Orta Asiya ölkələri və Türkiyədə tanınan “Altın körpü” jurnalını, “Türkel” qəzetini və bir neçə populyar portalı özündə birləşdirən media qrupudur. Neçə illərdir ki, “Piramida” kanalında qrupun prezidenti Hökumə Xəlilova və baş redaktoru Ramiz Məşədihəsənli türk dünyasını əhatə edən “Dostluq körpüsü” adlı proqramı uğurla aparırlar. Verilişdə türk dünyasının, o cümlədən Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatı işıqlandırılır.

Geri dön