Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Lənkəranda “Ətraf mühiti tullantılardan qoruyaq” devizi ilə ekoloji aksiyaya start verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Lənkəranda “Ətraf mühiti tullantılardan qoruyaq” devizi ilə ekoloji aksiyaya start verilib

Lənkəranda “Ətraf mühiti tullantılardan qoruyaq” devizi ilə ekoloji aksiyaya start verilib


Lənkəran Şəhər İcra Hakimiyyətinin və Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Ətraf mühiti tullantılardan qoruyaq” devizi ilə ekoloji aksiyaya start verilib.

Aksiyada idarənin əməkdaşları, Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimləri, könüllü gənclər və idmançılar iştirak ediblər.

Aksiya çərçivəsində Xəzər dənizinin Lənkəran şəhərinin sahilboyu ərazisindən keçən hissəsi məişət tullantılarından təmizlənib.

Aksiya çərçivəsində, həmçinin ərazidə təmizlik işləri aparılıb, həmin ərazilərdə İdarə tərəfindən hazırlanmış maarifləndirici lövhələr vurulub.

Geri dön