Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya “Patriot” raketləri məsləsində Türkiyəyə dəstək Verdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Rusiya “Patriot” raketləri məsləsində Türkiyəyə dəstək Verdi

Rusiya “Patriot” raketləri məsləsində Türkiyəyə dəstək Verdi


Rusiya “Patriot” raketlərinin yerləşdirilməsi ilə bağlı Türkiyənin mövqeyini dəstəkləyib.

Biz Türkiyənin özünümüdafiə hüququndan istifadə etməsinə etiraz etmirik.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

NATO iclasında Türkiyənin müraciətinə müsbət cavab verilməsindən sonra rəsmi Moskva Ankaranı dəstəklədiyini bildirib.

Brüsseldə keçirilən Rusiya-NATO şurasının iclasından sonra açıqlama verən S.Lavrov deyib: "Biz etiraz etmirik. Türkiyənin Vaşinqton müqaviləsinin 5-ci maddəsi çərçivəsində hüquqlarından istifadə etməsinə mane olmaq istəmirik”.

Xatırladaq ki, NATO-nun Brüsseldə keçirilən iclasında Türkiyənin “Patriot” hava hücumundan müdafiə sistemi ilə bağlı müraciətinə müsbət cavab verilib. “Patriot” raketlərinin 3-5 həftə ərzində Türkiyəyə yerləşdirilməsi planlaşdırılır.

Geri dön