Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Sedat Peker məsələsinin də bir sonu olacaq”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Sedat Peker məsələsinin də bir sonu olacaq”

Fərəc Quliyev: “Sedat Peker məsələsinin də bir sonu olacaq”


Bir müddətdir ki, videoçıxışları ilə gündəmə gələn Türkiyənin tanınmış iş adamı, “yeraltı dünya”nın liderlərindən olan Sedat Peker bu dəfə Azərbaycan haqda da hədyanlar səsləndirib. Türkiyə şirkətlərinin Qarabağda çalışması ilə bağlı ağlasığmaz iddialar səsləndirib.

Heç şübhəsiz ki, Pekerin bu davranışı Azərbaycan-Türkiyə qardaşlığını gözdən salmağa hesablanmış ola bilər. Bir də axı Rusiyadan, İrandan, Avropa ölkələrindənsə, qardaş Türkiyənin Azərbaycanda layihələrdə iştirakı daha yaxşı deyilmi?

Pekerin durmaması, hər keçən gün yeni-yeni ittihamlarla çıxış etməsi bir sıra əsas suallar yaradıb:

Türkiyə dövləti S.Pekerin saçmalarına hara qədər dözəcək? Onu həbs edə, xüsusi əməliyyatla Türkiyəyə gətirmək mümkün deyilmi?

Milli Dirçəliş Hərəkatı Partiyasının Fərəc Quliyev birlik çağırışı etdi:

“Açığı, onun bütün videolarını izləmirəm. Amma hesab edirəm ki, Azərbaycan-Türkiyə münasibətlərində kimin hansı zümrəyə aid olmasından asılı olmayaraq, iki qardaş ölkənin münasibətlərinə dəstək verilməlidir. İstər siyasətçi, istər cinayətkar, istərsə də başqa yerlərdə yaşayanlar olsun, bu cür düşünməlidir. Burada bir millətin taleyindən söhbət gedir. Bütövlükdə yeni dönəmdə türkün yüksəlişinə xidmətdən söhbət gedir. Xidmət göstərmirsən, zərər də vermə. Yanaşma bu cür olmalıdır. Azərbaycan-Türkiyə münasibətləri hazırda elə bir mərhələyə çatıb ki, hər kəs bizə bütün tərəflərdən hücum edir. Çalışırlar ki, yaranmış indi vəziyyət nəinki qalmasın, ümumiyyətlə, sıradan çıxsın. Biz isə yaranmış vəziyyəti inkişaf etdirməyə çalışırıq. Daha dərin inteqrasiya haqqında düşünürük. Biz ortaq gələcəyimizi müəyyənləşdiririk. Bu yanaşmalar Pekerin özünəmi aiddir, yaxud kimlərinsə sifarişidir, istənilən halda çox zərərlidir. O adamı yaxşı tanımıram. Videolarının hamısına baxmamışam. Amma hesab edirəm ki, kimliyindən asılı olmayaraq bu günləri belə mövqedən çıxış etmək Türkiyə-Azərbaycan münasibətlərini korlamağa xidmət edir. Türkiyənin taleyi Azərbaycandan, Azərbaycanın da taleyi Türkiyədən asılıdır. Bu gün biz bir-birimizə arxa-dayaq dururuq. Kimsə qaşınmayan yerdən qan çıxarmağa çalışırsa, burada heç bir xoş niyyətdən söhbət gedə bilməz. Türkiyə və Azərbaycan cəmiyyətləri belə məsələlərdən təsirlənməyəcək. Sadəcə təəssüf hissi doğura bilər. Hər iki cəmiyyət yaxşı bilir ki, bizim ortaq gələcəyimiz bir-birimizdən asılıdır. Artıq əsr bizimdir. İnkişaf yolunda türk irəliləyir. Amma Peker tipli məsələlərin ictimaiyyət səviyyəsində sərt şəkildə qınanması vacibdir. Cənab Ərdoğanın “Türkiyəyə qarşı olanlara sona qədər dözməyəcəyik” fikirlərindən çıxış etsək, hesab edirəm ki, Peker məsələsinin də bir sonu olacaq. Hamımız əlimizi bir daşın altına qoymalı, həmrəy olmalıyıq”.

Cavanşir ABBASLI/“Yeni Müsavat”


Geri dön