Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Norveçdə Azərbaycan, Türkiyə və Pakistan mədəniyyətinin tanıdılması məqsədilə birgə layihə reallaşdırılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Norveçdə Azərbaycan, Türkiyə və Pakistan mədəniyyətinin tanıdılması məqsədilə birgə layihə reallaşdırılacaq

Norveçdə Azərbaycan, Türkiyə və Pakistan mədəniyyətinin tanıdılması məqsədilə birgə layihə reallaşdırılacaq


Norveçdəki Azərbaycan "CAN" diaspor təşkilatı bu ölkədə Azərbaycan, Türkiyə və Pakistan mədəniyyətini tanıtmaq məqsədilə birgə layihə keçirməyi planlaşdırır.

Norveçdə fəaliyyət göstərən "CAN" diaspor təşkilatının sədri Şervin Nəcəfpur və “Reachig Out” təşkilatının rəhbəri Neha İkram, Pakistanın bu ölkədəki səfiri Zahiri Pərvaz Xanla görüşüb.

Görüşdə Azərbaycanla Pakistan arasındakı tarixi dostluq əlaqələrinə toxunularaq, iki ölkəni birləşdirən ümumi dəyərlərə əsaslanıb birgə layihələrin keçirilməsi barəsində fikir mübadiləsi aparılıb.

Səfir Zahiri Pərvaz Xan daha əvvəl Osloda “CAN” təşkilatı tərəfindən keçirilən “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” sərgisini yüksək qiymətləndirərək, tarixi faktlara əsaslanan mədəni körpülərin yaradılmasının əhəmiyyətini vurğulayıb. Azərbaycanın dünya ölkələri arasında tolerantlığı ilə tanındığını bildirən səfir, ölkəmizə səfərlərindən danışaraq zəngin mədəni irsimizin dəyərini xüsusi ilə vurğulayıb.

Zahiri Pərvaz Xan bildirib ki, bütün bu faktlar birgə fəaliyyət üçün möhkəm əsas yaratdığı üçün, "CAN" diaspor təşkilatının rəhbərliyi ilə Norveçdə Azərbaycan, Pakistan və Türkiyə mədəniyyətlərini tanıtmaq məqsədli tədbirin keçirilməsi zəruridir.

Daha sonra "CAN" diaspor təşkilatının sədri Şervin Nəcəfpur səmimi qəbula və Azərbaycan haqqında ifadə etdiyi xoş sözlərə görə səfirə minnətdarlığını bildirərək, Pakistanla Azərbaycan xalqları arasında yaranan yaxın dostluq və əməkdaşlıq əlaqələrinin xüsusi əhəmiyyətini qeyd edib. Diaspor fəalı bu əlaqələrin yeni səpkidə inkişafının, diasporlarımızın daha sıx əlaqələndirilməsinin labüd olduğunu qeyd edərək, birgə layihənin keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirib.

Görüşdə yeni layihə geniş müzakirə olunub.

Geri dön