Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan boksçuları Avropa Olimpiya təsnifat turnirini üç medalla başa vurublar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan boksçuları Avropa Olimpiya təsnifat turnirini üç medalla başa vurublar

Azərbaycan boksçuları Avropa Olimpiya təsnifat turnirini üç medalla başa vurublar


Azərbaycan boksçuları Avropa Olimpiya təsnifat turnirini üç medalla başa vurublar.

Boksçumuz Alfonso Dominqes (81 kq) turnirin qalibi olub. Millimizin üzvü döyüşə çıxmadan çempion tituluna yiyələnib. O, britaniyalı rəqibi Benjamin Uitakerin final qarşılaşmasından imtina etməsi sayəsində çempion elan edilib. Yığmamızın digər üzvləri Lorenzo Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (+91 kq) isə bürünc medallara sahib olublar.

Turnirdə qazanılan lisenziyaların sayına görə, komandamız ümumi hesabda üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) Olimpiadada iştirak hüququ qazanıblar.

Geri dön