Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kestutis Yankauskas: Azərbaycanlı jurnalistlərin həlak olması ilə nəticələnən hadisəni kəskin şəkildə pisləyirik
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Kestutis Yankauskas: Azərbaycanlı jurnalistlərin həlak olması ilə nəticələnən hadisəni kəskin şəkildə pisləyirik

Kestutis Yankauskas: Azərbaycanlı jurnalistlərin həlak olması ilə nəticələnən hadisəni kəskin şəkildə pisləyirik


Biz jurnalistlərin ölümünə görə kədərlənir və bununla əlaqədar başsağlığımızı ifadə edirik. Ərazilərin minalardan təmizlənməsi ilə yanaşı, maarifləndirmə işləri də aparılmalıdır. Bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdə hərbçilər fəaliyyət göstərir və gələcəkdə bu kimi hadisələrin təkrarlanmamasını arzu edirik.

Bu fikirləri açıqlamasında Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

O qeyd edib ki, Avropa İttifaqı bununla bağlı ayrıca komissiyası yaradacaq və müxtəlif tədbirlər görəcək. “Kimliyindən asılı olmayaraq, insan ölümü faciədir və biz bunun qarşısını almaq üçün əlimizdən gələni etməyə hazırıq. Bu hadisə ilə bağlı bəyanatlarımız olub və bu hadisəni kəskin şəkildə pisləyirik. Biz Ermənistanın dövlət qurumları ilə danışıqlarda da minalarla bağlı məsələni xüsusi vurğulayırıq”, - deyə o qeyd edib.

Geri dön