Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güləşçimiz Hacımurad Hacıyev "Poland Open" turnirində üçüncü olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Güləşçimiz Hacımurad Hacıyev "Poland Open" turnirində üçüncü olub

Güləşçimiz Hacımurad Hacıyev "Poland Open" turnirində üçüncü olub


Polşanın paytaxtı Varşavada güləş üzrə "Poland Open" turniri davam edir.

İkinci yarış günündə - iyunun 9-da 61, 65, 74, 92 və 125 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar.

Yarışa dörddəbir finaldan start verən güləşçimiz Hacımurad Hacıyev (74 kq) iranlı rəqibi üzərində əzmkar qələbə qazanıb. Ancaq yarımfinalda İranın digər təmsilçisinə məğlub olub. H.Hacıyev Polşa güləşçisini rahat üstələyərək bürünc medala sahib olub.

Qeyd edək ki, turnirin ilk günündə sərbəst güləşçimiz Hacı Əliyev (70 kq) də bürünc medal qazanmışdı.

Geri dön