Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə başsağlığı veriblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə başsağlığı veriblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə başsağlığı veriblər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı ilə əlaqədar Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə başsağlığı veriblər.

Dövlətimizin başçısı və birinci xanım Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı barədə xəbərin onları dərindən kədərləndirdiyini bildiriblər.

Başsağlığı məktubunda deyilir: “Arxiyepiskop Aleksandrın fədakar əməyi, parlaq vaizlik istedadı, Azərbaycan–Rusiya dostluğunun, konfessiyalararası həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsinə böyük şəxsi töhfəsi ona haqlı olaraq müxtəlif millətlərin və dini etiqadların nümayəndələri arasında dərin hörmət qazandırmışdır. Onun xatirəsi qəlbimizdə daim yaşayacaq”

Geri dön