Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynalı hərbi jurnalist: Mülki şəxslərin mina partlayışı nəticəsində həlak olmasının məsuliyyəti Ermənistan üzərinə düşür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Ukraynalı hərbi jurnalist: Mülki şəxslərin mina partlayışı nəticəsində həlak olmasının məsuliyyəti Ermənistan üzərinə düşür

Ukraynalı hərbi jurnalist: Mülki şəxslərin mina partlayışı nəticəsində həlak olmasının məsuliyyəti Ermənistan üzərinə düşür


Kəlbəcər rayonunda iki jurnalistin minaya düşərək həlak olması Ermənistanın məsuliyyətsizliyi ucbatından baş verib. Mülki şəxslərin mina partlayışları nəticəsində həlak olmasının məsuliyyəti Ermənistan dövlətinin üzərinə düşür.

Bu fiki açıqlamasında Ukraynanın tanınmış hərbi jurnalisti Roman Boçkala deyib.

Roman Boçkala bildirib ki, hər bir jurnalist öz peşə fəaliyyətini maneəsiz həyata keçirməlidir, vəzifə borcunu yerinə yetirərkən onun həyatına təhlükə olmamalıdır. Bunu beynəlxalq hüququn prinsipləri, konvensiyalar, razılaşmalar tələb edir.

“Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməlidir. Onlar bu xəritələri təqdim etməyə borcludurlar. Ermənistanın diversiya xarakterli bu cür əməlləri qəti şəkildə dayandırılmalıdır”, – deyə jurnalist əlavə edib.

Qeyd edək ki, xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobilinin iyunun 4-də saat 11 radələrində rayonun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Geri dön