Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan İlahiyyat İnstitutu ilə Biləsuvar abituriyentlərinin onlayn formatda görüşü olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini > Azərbaycan İlahiyyat İnstitutu ilə Biləsuvar abituriyentlərinin onlayn formatda görüşü olub

Azərbaycan İlahiyyat İnstitutu ilə Biləsuvar abituriyentlərinin onlayn formatda görüşü olub


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Biləsuvar abituriyentlərinin onlayn formatda görüşü keçirilib.

İnstitutdan bildiriblər ki, görüşdə Biləsuvar rayonunun məktəb direktorları və ərazi üzrə builki abituriyentlər, həmçinin onların valideynləri iştirak ediblər.

Biləsuvar Rayon Təhsil Şöbəsinin müdir müavini Əlisafa Qəmbərov tədbirin əhəmiyyətindən danışıb. O, şöbənin “Universitetlərimizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilən görüşün abituriyentlərə ali məktəblərə ixtisas seçimi zamanı kömək edəcəyini vurğulayıb.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov tələbələrin daha yaxşı təhsil almaları üçün institutda yaradılan şərait haqqında məlumat verib. Qeyd edilib ki, ali təhsil ocağında tələbələrin bilikli, savadlı, intellektli, peşəkar mütəxəssis kimi yetişmələri, dinin mahiyyətini və əsaslarını, milli-mənəvi dəyərlərimizi öyrənmələri istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

M.Mürsəlov institutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin yaradılması üçün tələb olunan bütün zəruri addımların atıldığını bildirib. Qeyd edib ki, ali təhsil müəssisəsi tədrisin keyfiyyətinin artırılmasına, müəllimlərin gündəlik fəaliyyətinə yaradıcı yanaşmalarına, tələbələrin tədrisə marağının artırılmasına, fənlər üzrə bilik və bacarıqlarının inkişafına çalışır. Tələbələr ödənişsiz geyim və yeməklə təmin edilir, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunur və digər üstünlüklərə yiyələnirlər.

Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edib. O, qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olunan hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını bildirib.

Görüşün sonunda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

Geri dön