Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Seçkilərdə güclü namizəd qalib gələcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Seçkilərdə güclü namizəd qalib gələcək

Seçkilərdə güclü namizəd qalib gələcək


Roland Kobia: «Düşünürük ki, İlham Əliyevin prezident seçkilərində qalib gəlmək şansı daha çoxdur»

«Düşünürük ki, İlham Əliyevin bu seçkilərdə qalib gəlməyə daha çox şansı var». Bu açıqlamanı jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyin rəhbəri, səfir Roland Kobia verib.
Ölkəmizdə gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı öz fikirlərini bölüşən səfir seçkiqabağı vəziyyətdən danışmağın hələ tez olduğunu deyib: «Lakin Avropa Birliyi olaraq biz təbii ki, siyasi plüralizmin, demokratiyanın olmasını, islahatların aparılmasını, namizədlərin sayının çox olmasını istəyirik. Seçkilərdə ən güclü namizəd qalib gələcək. Amma düşünürük ki, İlham Əliyevin bu seçkilərdə qalib gəlməyə daha çox şansı var, çünki o xalq arasında tanınır. Bununla belə gözləyirik ki, seçkilərdə namizədlərin sayı çox olsun və insanlara öz namizədliyini irəli sürmək üçün imkanlar yaradılsın».

Geri dön