Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güləşçimiz Zemfira Həşimova Avropa çempionatında bürünc medal uğrunda yarışacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Güləşçimiz Zemfira Həşimova Avropa çempionatında bürünc medal uğrunda yarışacaq

Güləşçimiz Zemfira Həşimova Avropa çempionatında bürünc medal uğrunda yarışacaq


Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

Çempionatın dördüncü günündə - iyunun 17-də 40, 46, 53, 61 və 69 kiloqram çəki dərəcələrindı çıxış edən qızlar xalça üzərinə çıxıblar.

Mübarizəyə dörddəbir final mərhələsindən qoşulan güləşçimiz Zemfira Həşimova (46 kq) fransalı rəqibi Julyet Leskura “tuşe” ilə qalib gələrək adını yarımfinala yazdırıb. Güləşçimizin növbəti rəqibi Belarus təmsilçisi Svetlana Katenka olub. Finalın bir addımlığında məğlub olan güləşçimiz bürünc medal uğrunda yarışacaq. Təmsilçimiz gürcüstanlı Marina Satkoevi ilə qarşılaşacaq.

Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatında 3 gümüş və 1 bürünc medala sahib olub.

Geri dön