Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə təsirini davam etdirən yağıntılı hava şəraiti bir sıra fəsadlar törədib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Türkiyədə təsirini davam etdirən yağıntılı hava şəraiti bir sıra fəsadlar törədib

Türkiyədə təsirini davam etdirən yağıntılı hava şəraiti bir sıra fəsadlar törədib


Artıq bir neçə gündür Türkiyə ərazisində təsirini davam etdirən yağıntılı hava şəraiti bir sıra fəsadlar törədib.

Anadolu Agentliyinə istinadla xəbər verir ki, yağan leysan yağışı səbəbindən ölkənin bir çox vilayətlərində sel, torpaq sürüşməsi, daşqın kimi bir sıra problemlər yaranıb.

Türkiyənin Aydın, Kütahya, İzmir və bir sıra digər vilayətlərində yağan leysan yağışı selə səbəb olub. Bir çox ev, iş yerləri və əkin ərazilərini su basıb, torpaq sürüşməsi meydana gəlib, bəzi bölgələrdə avtomobillərin hərəkəti tamamilə dayanıb. Bəzi ərazilərdə sel suları avtomobilləri aparıb. Yüksək bölgələrlə əlaqə kəsilib.

Kütahyada daşqın ehtimalına qarşı bölgədəki “Hasanlar” su hövzəsində suyun bir miqdarı boşaldılıb.

Qeyd edək ki, hidrometeoroloqlar ölkə ərazisində yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Geri dön