Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Məryəm” filminin çəkilişləri üzərində tamamlanma işləri aparılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > “Məryəm” filminin çəkilişləri üzərində tamamlanma işləri aparılır

“Məryəm” filminin çəkilişləri üzərində tamamlanma işləri aparılır


C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsal etdiyi “Məryəm” filminin çəkilişləri üzərində tamamlanma işləri aparılır.

Filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğludur. Baş rolu Təhminə Rafaella və Ayşad Məmmədov canlandırır. Filmin çəkilişləri Şəki, Qax, Zaqatala və Balakən bölgələrində aparılıb.

Ekran əsərinin süjet xətti Məryəmin uzun illər sonra ölmüş bildiyi atasını görmək üçün Azərbaycana gəlişi üzərində qurulub. Atasını ucqar rayonda yerləşən psixiatrik xəstəxanada tapan Məryəm, yeni reallıqla üz-üzə qalır. Bu zaman ortaya əbədi “nə etməli?” sualı çıxır. Filmdəki hadisələr Məryəmin xəstəxananın baş həkimi ilə yaşadığı konfliktlər və qarşısına çıxan çətinliklər ətrafında cərəyan edir.

Filmin premyerası 2022-ci ildə nəzərdə tutulub. Film beynəlxalq festivallara göndərildikdən sonra şəhərin kinoteatrlarında nümayiş etdiriləcək.

Geri dön