Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səfir Fikrət Axundov niderlandlı parlamentari ilə görüşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Səfir Fikrət Axundov niderlandlı parlamentari ilə görüşüb

Səfir Fikrət Axundov niderlandlı parlamentari ilə görüşüb


Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov bu ölkənin parlamentində ən böyük və hazırda koalisiya hökumətinin tərkibində olan “Azadlıq və Demokratiya naminə Xalq Partiyası”nın xarici əlaqələr, müdafiə və Avropa məsələləri üzrə deputatı Ruben Brekelmans ilə görüşüb.

Görüş Azərbaycan səfirliyində keçirilib. Görüşdə səfir F. Axundov niderlandlı parlamentariyə Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasət haqqında məlumat verib. Birinci Qarabağ müharibəsi nəticəsində 1 milyona yaxın azərbaycanlının doğma yurdlarından didərgin salınmasından, Azərbaycanın ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsindən, II Qarabağ müharibəsi zamanı işğal edilmiş ərazilərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz tərəfindən azad edilməsindən danışıb. Azad edilmiş ərazilərimizin erməni separatçıları tərəfindən darmadağın edilməsindən, bu ərazilərin ermənilər tərəfindən kütləvi şəkildə minalanmasından bəhs edib.

Səfir vurğulayıb ki, Niderland parlamentində Azərbaycan əleyhinə qəbul edilmiş 14 qərəzli, əsassız və həqiqətə əsaslanmayan qətnamə regionda sülh prosesinə xidmət etmir. O, R. Brekelmansa təmsil etdiyi partiyanın digər partiyalarla münasibətdə ölkəmizə qarşı daha balanslı siyasət yürütməsinə görə təşəkkür edib. F.Axundov niderlandlı millət vəkilini və onun digər siyasi partiyalardan olan həmkarlarını Azərbaycana səfərə və bu səfər çərçivəsində azad edilmiş ərazilərdə Ermənistanın törətdiyi dağıntıları öz gözləri ilə görməyə dəvət edib.

Niderlandlı millət vəkili ölkəmizin multikulturalizm ənənələri, mədəniyyəti və iqtisadiyyatı, regionda həyata keçirilən layihələr, eləcə də azad edilmiş ərazilərdə yenidən qurma işləri ilə bağlı ətraflı məlumatlandırılıb.

Azərbaycana dəvətə görə səfirə təşəkkürünü bildirən R. Brekelmans Niderland Parlamentində Azərbaycan əleyhinə səsləndirilən iddialar ilə bağlı Azərbaycan tərəfinin də mövqeyinin öyrənilməsinin vacib olduğunu qeyd edib. R. Brekelmans münaqişənin həlli yolu, Niderlandın bu prosesdə mümkün rolu, Cənubi Qafqazın gələcəyi ilə bağlı Azərbaycan səfiri ilə geniş fikir mübadiləsi aparıb.

Görüşün sonunda R. Brekelmansa holland dilində çap edilmiş “Azərbaycan nağılları” kitabı təqdim edilib.

Geri dön