Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Lənkəranda iki nəfərin odlu silahla qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Lənkəranda iki nəfərin odlu silahla qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb

Lənkəranda iki nəfərin odlu silahla qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb


İyunun 23-ü saat 22 radələrində Lənkəran rayonunun Havzava kənd sakinləri Elmar Fərəcov və Amil Mirzəzadənin ölmələri barədə rayon prokurorluğuna məlumat verilib.

Lənkəran Rayon Prokurorluğunun daxil olan məlumatında bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişlərin qohumu Seymur Şiriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elmar Fərəcov və Amil Mirzəzadəyə odlu silahdan atəş açmaqla onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətmiş şəxsin müəyyənləşdirilərək tutulub istintaqa cəlb olunması istiqamətində intensiv zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Geri dön