Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Baş Prokurorluq “Azure” biznes mərkəzində baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Baş Prokurorluq “Azure” biznes mərkəzində baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb

Baş Prokurorluq “Azure” biznes mərkəzində baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb


Baş Prokurorluq iki gün əvvəl 22 yaşlı gəncin intihar etməsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, iyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edib.

Faktla bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırmanın gedişi və nəticəsinə uyğun olaraq qanuni qərar qəbul olunacaq, bu barədə ictimaiyyətə məlumat veriləcək

Geri dön