Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanla Türkiyə kənd təsərrüfatı məhsullarının qiymətlərinin liberallaşdırılması barədə razılıq əldə edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Borçalı > Gürcüstanla Türkiyə kənd təsərrüfatı məhsullarının qiymətlərinin liberallaşdırılması barədə razılıq əldə edib

Gürcüstanla Türkiyə kənd təsərrüfatı məhsullarının qiymətlərinin liberallaşdırılması barədə razılıq əldə edib


Ankarada Gürcüstan ilə Türkiyə arasında Azad Ticarət müqaviləsi əsasında yaradılmış birgə komitənin 12-ci iclası keçirilib. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Qennadi Arveladze və Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcunun rəhbərliyi ilə keçirilən görüşdə müqaviləyə bəzi dəyişikliklərin edilməsi məsələsi diqqət mərkəzində olub.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilir ki, görüş zamanı Gürcüstan ilə Türkiyə arasında kənd təsərrüfatı məhsullarının qiymətlərinin liberallaşdırılması və ticarət dövriyyəsinin artırılması barədə razılıq əldə olunub.

Nəqliyyat sahəsində əməkdaşlıq və xidmət məsələləri də müzakirə olunub.

Qeyd olunub ki, iki ölkə arasında ticarət dövriyyəsinin artması, digər ölkələr üçün də sərfəli və önəmli olacaq.

Geri dön