Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səyyar "ASAN xidmət" Respublika Psixiatriya Xəstəxanasında
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Səyyar "ASAN xidmət" Respublika Psixiatriya Xəstəxanasında

Səyyar "ASAN xidmət" Respublika Psixiatriya Xəstəxanasında


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan 60-dan çox şəxsə səyyar "ASAN xidmət" göstərilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, onlar şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıblar.

Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Geri dön