Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mayamidə yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Mayamidə yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

Mayamidə yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb


Mayamidə yaşayış binasının çökməsi nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb.

Amerika KİV-lərinə istinadla xəbər verir ki, bu barədə rəqəmləri yerli hakimiyyət orqanları açıqlayıb. “Biz dağıntılar altından daha 4 cəsədi və bir nəfərin qalıqlarını çıxarmağa nail olmuşuq. Bu gün daha bir zərərçəkən xəstəxanada vəfat edib. Ümumilikdə biz səkkiz cəsəd çıxarmışıq. Mən təsdiqləyirəm ki, indiyədək həlak olanların sayı 9 nəfər təşkil edir”, - deyə mayami dairəsinin meri Deid Daniella Lavin Kava brifinqdə bildirib.

Qeyd edək ki, iyunun 24-nə keçən gecə Florida ştatının Mayami-Deyd dairəsində yerləşən Serfsayd şəhərində 12 mərtəbəli yaşayış binasının bir hissəsi çöküb. Yerli hakimiyyət orqanları 130 mənzildən təxminən yarısının dağıldığını bildirib. 150-dən çox insanın taleyi məlum deyil.

ABŞ Prezidenti Cozef Bayden yaşayış binasının çökdüyü Florida ştatında fövqəladə vəziyyət rejiminin elan edilməsi barədə fərman imzalayıb, həmçinin yerli hakimiyyət orqanlarına federal yardım ayrılmasını tapşırıb.

Geri dön