Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İstanbulda Azərbaycanlıların Koordinasiya şuralarının ikinci toplantısı keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > İstanbulda Azərbaycanlıların Koordinasiya şuralarının ikinci toplantısı keçirilib

İstanbulda Azərbaycanlıların Koordinasiya şuralarının ikinci toplantısı keçirilib


Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə İstanbul şəhərində xaricdəki Azərbaycan evlərinin birinci və Azərbaycanlıların Koordinasiya şuralarının ikinci toplantısı keçirilib.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının şəhidlərinin əziz xatirəsi yad edilib.

İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Kərim Kərimov tədbirdə çıxış edərək, son dövrlərdə İspaniyadakı Azərbaycan diasporu tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verib. O, həmçinin İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin inkişaf perspektivlərinə dair planları açıqlayıb.

Qeyd edək ki, xaricdəki Azərbaycanlıların Koordinasiya şuralarının birinci toplantısı 2019-cu ildə İstanbul şəhərində keçirilib.


Geri dön