Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gənc şairin “Arzuların şəhidi” adlı yeni kitabı işıq üzü görüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Gənc şairin “Arzuların şəhidi” adlı yeni kitabı işıq üzü görüb

Gənc şairin “Arzuların şəhidi” adlı yeni kitabı işıq üzü görüb


Bu günlərdə şair Faiq Hüseynbəylinin “Arzuların şəhidi” adlı yeni kitabı işıq üzü görüb

Kitab Cəlilabad rayonunun Alar kəndində anadan olmuş Vətən müharibəsi şəhidi Əkbər Azər oğlu Hüseynli haqqındadır.

Ailənin yeganə oğul övladı olan Əkbər Hüseynli təhsilini yarımçıq qoyaraq hərbi xidmətə getmiş, Murov ətrafındakı döyüşlərdə iştirak etmiş və şəhid olmuşdur.

Oxuculara Faiq Hüseynbəylinin poeması ilə birlikdə şəhid Əkbər haqqında Vəfa Mürsəlqızı, Arzu Göytürk, Gülnarə İsrafil, Şakir Xanhüseynli, Əlirza Həsrət, İltimas Səmimi, Elşad Barat, Tamara Nadirova, İlham Cəsur, İqbal Nəhmət, Xalid Mahmud, Bilal Alarlı, Ənvər Məsud, Allahşükür Ağa, Bəhruz Xəlil və digər şairlərin yazdığı şeirlər, həmçinin müxtəlif müəlliflərin kimlik yazıları təqdim olunur.

Kitabın “Ön söz”ünün müəllifi və redaktoru filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlıdır.

Geri dön